Erməniəsilli şəxs Fələstində XİN-də yüksək vəzifəyə təyin edilib

Erməniəsilli şəxs Fələstində XİN-də yüksək vəzifəyə təyin edilib Erməni etnik qrupunun nümayəndəsi Faresin Ones Vartan Aqabekyan Şahin Fələstinin formalaşan hökumətinin yeni üzvlərindən biri, xarici işlər və xaricilərlə iş üzrə dövlət naziri təyin olunub.
Digər ölkələr
29 Mart , 2024 11:29
Erməniəsilli şəxs Fələstində XİN-də yüksək vəzifəyə təyin edilib

Erməni etnik qrupunun nümayəndəsi Faresin Ones Vartan Aqabekyan Şahin Fələstinin formalaşan hökumətinin yeni üzvlərindən biri, Xarici İşlər Nazirliyində xaricilərlə iş üzrə dövlət naziri təyin olunub.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Aqabekyan 1958-ci ildə İordaniyada anadan olub. Fələstində kilsə işlərinə nəzarət üzrə Prezident ali komitəsinin üzvüdür. O, 1983-cü ildə ABŞ-nin İndiana ştatında Perdyu Universitetində magistr, Pittsburq Universitetində siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent və sonra da dekan işləyib.

Məlumata görə, Fələstin hökumətinin ikinci yeni üzvü humanitar yardım məsələləri üzrə dövlət naziri Basil əl-Kafarndır.

Qeyd edək ki, martın 28-də də Fələstin dövlətinin başçısı Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı altında hökumətin yeni tərkibini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi