Ərəb ölkələri Qətəri "Əl-Qaidə" və İŞİD-ə dəstək verməkdə ittiham edib

Ərəb ölkələri Qətəri "Əl-Qaidə" və İŞİD-ə dəstək verməkdə ittiham edib Bu ittiham əsasında koalisiya Qətərin Yəmən əməliyyatındakı iştirakını dayandırıb
Digər ölkələr
5 İyun , 2017 09:35
Ərəb ölkələri Qətəri Əl-Qaidə və İŞİD-ə dəstək verməkdə ittiham edib

Bakı. 5 iyun. REPORT.AZ/ Yəməndə üsyançılarla mübarizə üçün formalaşdırılan və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Qətəri "Əl-Qaidə" və İŞİD terror qruplaşmalarına dəstək verməkdə ittiham edib.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu ittiham əsasında koalisiya Qətərin Yəmən əməliyyatındakı iştirakını dayandırıb.

Xatırladaq ki, bundan əvvəl dörd ölkə - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiyini elan edib.

Ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edib. Öz növbəsində, Misir rəsmi Dohanın "Müsəlman qardaşlar"ını dəstəklədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi