Yəməndə hava zərbəsi zamanı 160-dan çox husi öldürülüb

Yəməndə hava zərbəsi zamanı 160-dan çox husi öldürülüb Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının Yəməndə husilərə aviazərbələri nəticəsində 160-dan çox husi üsyançısı öldürülüb.
Digər ölkələr
17 Oktyabr , 2021 04:35
Yəməndə hava zərbəsi zamanı 160-dan çox husi öldürülüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının Yəməndə husilərə hava zərbələri nəticəsində 160-dan çox üsyançısı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Aviazərbələr uzun müddətdir husilərlə hökumət qüvvələri arasında şiddətli döyüşlərin getdiyi strateji əhəmiyyətli Marib şəhərinin cənubuna endirilib.

Məlumata görə, son 24 saat ərzində bölgəyə endirilən aviazərbələr nəticəsində 11 ədəd texnika da sıradan çıxarılıb.

Qeyd edək ki, oktyabrın 14-də Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri ələ keçirib.

Yəməndə üsyançılarla hökumət qüvvələri arasında silahlı qarşıdurmalar 2014-cü ildən davam edir. Bu illər ərzində on minlərlə dinc sakin hərbi əməliyyatlardan zərər çəkib, minlərlə insan həlak olub. Vətəndaş müharibəsi ölkəyə külli miqdarda ziyan vurub.

Son xəbərlər

Orphus sistemi