Yuxarı

Ərəb koalisiyası Yəmən paytaxtına aviazərbələri davam etdirir

Ölənlərin çoxu uşaqdır

Bakı. 4 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası öz hərbi-hava qüvvələri ilə Yəmənin paytaxtı Sənaya zərbələr endirirlər.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu axşam həyata keçirilən bombardıman nəticəsində Sənanın qərbindəki Həcr-Okeyş rayonunda 11 nəfərin həlak olduğu, daha 7 nəfərin yaralandığı bildirilir.

Aviazərbələr Sənada kütləvi dağıntılara səbəb olub. Yəmən havadan müdafiə qüvvələri cavab atəşi açıb.

Hazırda yerli sakinlər yaralılara yaşayış binalarının dağıntıları altından çıxmağa köməklik göstərirlər, həmçinin meyitlərin axtarışları davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi