Ərəb Dövlətləri Liqası Səudiyyə Ərəbistanına dəstək verib

Ərəb Dövlətləri Liqası Səudiyyə Ərəbistanına dəstək verib Misir, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən ibarət işçi qrupu "İranın səhvlərini təhqiq edəcək"
Digər ölkələr
10 Yanvar , 2016 20:28
Ərəb Dövlətləri Liqası Səudiyyə Ərəbistanına dəstək verib

Bakı. 10 yanvar. REPORT.AZ/ Ərəb Dövlətləri Liqası Səudiyyə Ərəbistanının İrandaki diplomatik nümayəndəliklərinə edilən hücumları pisləyib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin bazar günü Qahirədə keçirilən növbədənkənar iclasında qəbul edilən bəyanatda, Səudiyyə Ərəbistanının ərazi bütövlüyü və suverenliyi bir daha tanınır və ona hörmətlə yanaşıldığı vurğulanır.

Həmçinin, qeyd olunur ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən ibarət işçi qrupu yaradılır. Bu qrup "İranın səhvlərini təhqiq edəcək və məsələni BMT-də müzakirəyə çıxaracaq".

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib. 

Yanvarın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Səudiyyə Ərəbistanının Məşhəd şəhərindəki konsulluğuna da hücum edilib.

Buna cavab olaraq, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Krallıq iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Son xəbərlər

Orphus sistemi