Ərdoğan və Tramp Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Ərdoğan və Tramp Suriyada yaranmış vəziyyəti müzakirə ediblər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Digər ölkələr
29 Avqust , 2019 01:41
Ərdoğan və Tramp Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. 

Qeyd edilir ki, dövlət başçıları Suriyada baş verən son hadisələri müzakirə ediblər. İki ölkənin liderləri Suriyanın İdlib vilayətində dinc əhalinin müdafiəsi məsələsində razılığa gəliblər. 

Onlar həmçinin yeni humanitar böhrana yol verməmək üçün əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.

Rəcəb Tayyib Ərdoğan və Donald Tramp danışıqların gedişatında ikitərəfli əlaqələrə də toxunublar. 

Son xəbərlər

Orphus sistemi