"Biz Türkmənistan qazının Türkiyənin ərazisindən Avropa bazarlarına nəqlinin təşkil olunmasına və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük əhəmiyyət veririk" - deyə, Türkiyənin prezidenti Türkmənistan həmkarı Qurbanqulı Berdıməhəmmədovla danışıqlar zamanı bildirib.
Ərdoğan vurğulayıb ki, Türkmənistan təbii qazının Avropaya nəqlini təşkil etmək üçün TANAP qaz kəməri layihəsinə start verilib, layihə üzrə işlər böyük templərlə aparılır. Onun fikrincə, Türkiyə Azərbaycan və Türkmənistan təbii qazının Qərbə tədarük edilməsinin təşkilində mühüm rol oynayır. Türkmənistan-Türkiyə yüksək səviyyədə danışıqlarının yekunlarına görə, "Türkmənqaz" dövlət konserni və Türkiyənin "Ataqaz şirkəti təbii qazın alqı-satqısı sahəsində çərçivə sazişi imzalayıb.