Ərdoğan: Trampın Qəzza ilə bağlı seçkiqabağı vədlərini yerinə yetirməsini gözləyirik

Digər ölkələr
  • 14 fevral, 2025
  • 12:27
Ərdoğan: Trampın Qəzza ilə bağlı seçkiqabağı vədlərini yerinə yetirməsini gözləyirik
Rəcəb Tayyib Ərdoğan

Türkiyə ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda sülhlə bağlı verdiyi seçkiqabağı vədləri yerinə yetirməsini gözləyir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

"Biz cənab Trampın seçkilərdən əvvəl verdiyi vədi yerinə yetirməsini gözləyirik. O, yeni müharibəyə deyil, sülhün bərqərar olmasına kömək edəcək addımlar atmalıdır. Qəzzadakı vəziyyət həqiqətən çox həssas və mürəkkəbdir", - Ərdoğan bildirib.

O, həmçinin hesab edir ki, dünya ictimaiyyəti Türkiyənin Qəzzada atəşkəsə nail olmaq səylərini inkar etməməlidir. Ankara Fələstin məsələsinin ədalətli həllinin tərəfdarıdır ki, bu da yalnız əməkdaşlıq və beynəlxalq ictimaiyyətin konstruktiv mövqeyi ilə mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti