Yuxarı
    Bağlamaq

    Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürd yaraqlılarına qarşı əməliyyatlar barədə məlumatlandırıb"

    Əməliyyatlar bütün terrorçular məhv edilənə qədər davam etdiriləcək

    Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters"ə müsahibəsində bildirib ki, İraqda kürd yaraqlılarına qarşı əməliyyatdan öncə Rusiya, ABŞ və Şimali İraq Kürdüstanı daxil olmaqla tərəfdaşlarını məlumatlandırıb.

    "Report" xəbər verir ki, bundan əlavə o, İraqın şimalında yerləşən Sincar şəhərində və Şimali Suriyada əməliyyatların bütün terrorçular məhv edilənədək davam etdiriləcəyini söyləyib.

    Türkiyə dövlətinin başçısı əlavə edib ki, o, Sincarın Kürd Fəhlə Partiyası yaraqlıları üçün bazaya çevrilməsinə imkan verməyəcək.

    "Biz tədbir görmək məcburiyyətindəyik. Biz bu istiqamətdə addım atmalıyıq. Biz bunu Rusiya və ABŞ-a demişik, biz, həmçinin İraqı da məlumatlandırmışıq. Bərzani (İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani — red.) də bu əməliyyat barədə məlumatlandırılıb", - deyə Ərdoğan agentliyə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi