Yuxarı
    Bağlamaq

    Ərdoğan Trampla görüşəcək

    Təkbətək görüşün dəqiq tarixi açıqlanmır© Courtesy İmage

    Bakı. 17 mart. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşəcək.

    "Report"un məlumatına görə, bu barədə "Habertürk TV"-ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    Türkiyə XİN rəhbəri iki ölkənin dövlət başçılarının təkbətək görüşünün dəqiq tarixini açıqlamayıb. Mövlud Çavuşoğlu habelə ölkə rəhbərlərinin müzakirə mövzuları barədə də danışmayıb. Lakin bununla belə, Ərdoğanla Trampın görüşünün Türkiyədə keçiriləcək referendumdan sonra baş tutacağını deyib. Qeyd edək ki, ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum gələn ayın 16-da baş tutacaq.

    Çavuşoğlu eyni zamanda Avropa Birliyinin bir sıra dəyərlərdən uzaqlaşdığını da vurğulayıb. Onun sözlərinə görə, bəzi ölkələr bu qurumun ömrünü uzatmağa çalışırlar.

    XİN rəhbəri qeyd edib ki, Türkiyənin Avropadan uzaqlaşmasına səbəb yoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi