Ərdoğan Salman bin Əbdüləziz Al Səudla Fələstin hadisələrini müzakirə edib

Ərdoğan Salman bin Əbdüləziz Al Səudla Fələstin hadisələrini müzakirə edib Bakı. 16 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.
Digər ölkələr
16 May , 2018 03:56
Ərdoğan Salman bin Əbdüləziz Al Səudla Fələstin hadisələrini müzakirə edib

Bakı. 16 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Londondakı rəsmi görüşlərini başa çatdıran Türkiyə prezidenti Səudiyyə Ərəbistanı kralı ilə apardığı danışıqlarda Fələstində baş verən hadisələri müzakirə edib.

Ərdoğan qeyd edib ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Tərəflər bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçiriləcək sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, sammit Fələstin məsələsi ilə bağlı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi