Yuxarı
    Bağlamaq

    Ərdoğan müxalifət liderini məhkəməyə verdi

    Prezident mənəvi ziyana görə 100 min türk lirası məbləğində təzminat ödənməsini tələb edib.

    Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müxalif Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalını məhkəməyə verib.

    "Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Baxçalının son mitinqlərdə dövlət başçısının ünvanına səsləndirdiyi sərt tənqidi fikirlər Ərdoğanın etirazına səbəb olub.

    Prezident Ankara Şəhər Məhkəməsində müxalifət liderinə qarşı şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb.

    Ərdoğan mənəvi ziyana görə 100 min türk lirası məbləğində təzminat ödənməsini tələb edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi