Ərdoğan: "Kipr məsələsinin həlli bütün bölgənin xeyrinə olacaq"

Ərdoğan: "Kipr məsələsinin həlli bütün bölgənin xeyrinə olacaq" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin ədalətli, daimi və dayanıqlı həllinin bütün bölgənin xeyrinə olacağını açıqlayıb.
Digər ölkələr
7 Dekabr , 2023 16:24
Ərdoğan: Kipr məsələsinin həlli bütün bölgənin xeyrinə olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin ədalətli, daimi və dayanıqlı həllinin bütün bölgənin xeyrinə olacağını açıqlayıb.

"Report" xəbər verir ki, bu fikirlə o, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakislə birgə keçirilən mətbuat konfransında çıxış edib.

"Kipr məsələsinin adadakı faktlar əsasında ədalətli, daimi və dayanıqlı həlli bütün bölgənin xeyrinə olacaq",- o qeyd edib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə-Yunanıstan arasındakı mövcud problemləri beynəlxalq hüquq çərçivəsində konstruktiv dialoq, mehriban qonşuluq və birgə səylərlə həll etmək istəkləridir.

“Biz Egey və Şərqi Aralıq dənizindəki münasibətlərimiz haqqında fikir mübadiləsi apardıq və xarici işlər nazirlərimizdən işi müzakirə etmələrini istədik”, - deyə o əlavə edib.

Prezident Egey dənizini sülh və əməkdaşlıq bölgəsinə çevirmək istədiklərini də vurğulayıb: “Türkiyə və Yunanıstan olaraq atacağımız ortaq addımlarla dünyaya nümunə olmaq istəyirik”.

Türkiyə Prezidenti Yunanıstanda terrorçulara sığınacaq verən düşərgələrin yaradılmasının qarşısının alınması məsələsinə də diqqət çəkib: “Yunanıstanda terrorçulara sığınacaq verən düşərgələrin yaradılmasının qarşısını almaq üçün diqqətli olmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi