Ərdoğan: “İstanbulda 1,5 milyon evin sakini köçürüləcək”
Digər ölkələr
- 23 dekabr, 2023
- 13:08
Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.
Qeyd edilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək: "İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir”.
Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.
Son xəbərlər
14:33
Bakıda Hərbi paradda ilk dəfə insansız sistem qoşunlarının parad heyəti keçib
Hərbi14:28
Pakistan hərbçiləri Bakıda paradda keçid edib
Hərbi14:27
Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
Hərbi14:25
Video
Ərdoğan Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib
Xarici siyasət14:25
Foto
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Fərdi14:22
Video
Hikmət Hacıyev: Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qələbə qazanır
Xarici siyasət14:22
Foto
Video
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi paradda hərbçilərin keçidi başlayıb - YENİLƏNİB-2
Hərbi14:17
Şahbaz Şərif: Bu gün burada möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm
Xarici siyasət14:17