Ərdoğan: "İstanbulda Rusiya, Almaniya və Fransa liderləri ilə danışıqlar keçiriləcək"

Ərdoğan: "İstanbulda Rusiya, Almaniya və Fransa liderləri ilə danışıqlar keçiriləcək" Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sentyabrın 7-də İstanbulda Rusiya, Almaniya və Fransanın dövlət başçıları ilə görüşəcək.
Digər ölkələr
29 İyul , 2018 04:52
Ərdoğan: İstanbulda Rusiya, Almaniya və Fransa liderləri ilə danışıqlar keçiriləcək

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sentyabrın 7-də İstanbulda Rusiya, Almaniya və Fransanın dövlət başçıları ilə görüşəcək.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Sentyabrın 7-də İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransanın birgə sammiti keçiriləcək. Biz nə etmək lazım olduğunu müzakirə edəcəyik. Dördtərəfli görüşdə regionun problemləri müzakirə olunacaq", - deyə Ərdoğan Suriya məsələsi ilə bağlı suala cavabında bildirib.

Dörd ölkənin rəhbəri həmçinin Türkiyə, Rusiya və İranın Suriya məsələsi üzrə üçtərəfli sammitini də müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi