Bakı. 23 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Brüsseldə terror aktını törədən şəxslərdən birisinin vaxtı ilə Türkiyədən deportasiya edildiyini, lakin Belçika rəsmilərinin onu azad etdiyini bildirib.
"Report"-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Rumıniya prezidenti Klaus Yoxanneslə keçirdiyi birgə mətbuat konfransında çıxış edən Türkiyənin dövlət başçısı bildirib ki, Brüsseldə terror aktını törədən şəxslərdən birisi 2015-ci ildə Türkiyənin Qazıantep vilayətində tutulub və ölkədən deportasiya edlib.
"Biz, Belçika tərəfinə bu şəxsin terrorçularla əlaqədə olduğunu bildirmişdik. Lakin Belçikada bu əlaqəni müəyyən edə bilmədilər və bu səbəbdən də terrorçu azad edildi", - deyə Ərdoğan vurğulayıb.