Ərdoğan ABŞ-dan PKK/YPG terrorçusunun verilməsini tələb edib

Ərdoğan ABŞ-dan PKK/YPG terrorçusunun verilməsini tələb edib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ terrorçu PKK/YPG-PYD-nin Suriyadakı komandanı Mazlum Kobanini Ankaraya verməlidir.
Digər ölkələr
25 Oktyabr , 2019 02:50
Ərdoğan ABŞ-dan PKK/YPG terrorçusunun verilməsini tələb edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ terrorçu PKK/YPG-PYD-nin Suriyadakı komandanı Mazlum Kobanini Ankaraya verməlidir.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

"Kobani İnterpol tərəfindən "qırmızı xətt"lə axtarılır. ABŞ onu Türkiyəyə verməlidir", - deyə Ərdoğan bildirib.

O, PKK/YPG-PYD üzvləri ilə görüşən Almaniya, Fransa, ABŞ liderlərini və siyasətçilərini tənqid edib. Türkiyə prezidenti qeyd edib ki, ABŞ lideri Donald Trampla münasibətləri yaxşı səviyyədədir, onların söhbətləri isə səmimidir.

Qeyd edək ki, Mazlum Kobani Türkiyədə onlarla insanın qətlə yetirilməsində iştirak edib. PKK rəhbəri Abdulla Öcalan onu "mənəvi övladı" hesab edir.  

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə "Manbij ərazisində müşahidəçi və nəzarətçi funksiyalarını həyata keçirəcək.

Qeyd edək ki, Türkiyə prezidenti noyabrın 13-də ABŞ-a rəsmi səfər edəcək.

Son xəbərlər

Orphus sistemi