Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açıb, ölənlər var

Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açıb, ölənlər var Təhlükəsizlik qüvvələri məktəbin içində olan hücum edən şəxsi yaxalamağa çalışır
Digər ölkələr
31 May , 2017 17:41
Ər-Riyadda naməlum şəxs məktəbdə atəş açıb, ölənlər var
Ria.ru

Bakı. 31 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda özəl məktəbdə açılan atəşlər nəticəsində 2 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin bəyanatında deyilir.

Hələlik cinayətkarın şəxsiyyətini dəqiq müəyyənləşdirmək mümkün olmayıb.

Daha əvvəl Səudiyyə KİV-in yaydığı məlumata əsasən, ilkin ehtimallara görə, atəşi məktəb rəhbərliyi ilə münaqişə yaşayan iraqlı müəllim açıb. Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub, Banqladeşdən olan məktəb işçisi yaralanıb.

Təhlükəsizlik qüvvələri hələ də məktəbin içində olan hücum edən şəxsi yaxalamağa çalışır.

Son xəbərlər

Orphus sistemi