Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir

Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir
Digər ölkələr
17 Aprel , 2021 23:32
Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir
Vladimir Putin və Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Yelisey sarayının Fransa liderinin Ukrayna prezidenti Volodimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə əsasən rəsmi məlumatında bildirilir.

"Fransa Respublikasının prezidenti yaxın vaxtlarda prezident Vladimir Putinlə danışıqlar aparacaq", - bəyanatda deyilir.

Ukrayna lideri ilə danışıqlara gəlincə, Fransa prezident administrasiyası bildirib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.

Son xəbərlər

Orphus sistemi