"Fransadan qanunsuz miqrantların deportasiyası proseduru asanlaşdırılacaq".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.
Dövlət başçısı Fransada qanunsuz şəkildə yaşayan insanların ölkədən çıxarılması üçün bu günədək həyata keçirilən tədbirlərin səmərəsiz olduğunu deyib və bunu deportasiya prosedurunun uzun çəkməsi ilə izah edib.
E.Makron Fransaya qanunsuz daxil olmuş, yaxud sığınacaq müraciətinə rədd cavabı verilməsinə baxmayaraq, qeyri-qanuni yaşayan mühacirlərin ölkədən çıxarılması qaydalarına dəyişiklik ediləcəyini və deportasiya prosedurunun tezləşdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, hökumətin mühacirlərlə bağlı təqdim etdiyi yeni təkliflər sentyabrın 30-dan etibarən Fransa Milli Assambleyasında (parlament) müzakirəyə çıxarılacaq.