QHT nümayəndəsi: “Fransa münasibətini dəyişməsə, breton dili yox olacaq”

QHT nümayəndəsi: “Fransa münasibətini dəyişməsə, breton dili yox olacaq” “Fransanın Bretan və bretonlara münasibəti dəyişməsə, demək olar ki, bu dildə danışanlar qalmayacaq, dil yox olmaq üzrədir”.
Digər ölkələr
12 Oktyabr , 2023 14:28
QHT nümayəndəsi: “Fransa münasibətini dəyişməsə, breton dili yox olacaq”

“Fransanın Bretan və breton dilində danışanlara münasibəti dəyişməsə, demək olar ki, bu dildə danışanlar qalmayacaq, dil yox olmaq üzrədir”.

"Report" xəbər verir ki, bunu "Unis dans la Diversité Linguistique / Unanet e Liesseurted ar Yezhù" qeyri-hökumət təşkilatının nümayəndəsi Emmanuel Le Merlyus Varşavada keçirilən “İnsan Ölçüsü” 2023 konfransında çıxışı zamanı deyib.

“Bu, Avropa qitəsində danışılan son kelt dilidir. 20-ci əsrin əvvəllərində 1 milyondan çox insan bu dildə danışırdı. Bu gün onların əksəriyyətinin yaşı 75-dən yuxarıdır. Fransanın münasibəti dəyişməsə, bu dildə danışanların sayı daha da azalacaq. UNESCO Breton dilini nəsli kəsilməkdə olan ciddi bir dil kimi təsnif edib”, - o vurğulayıb.

Onun sözlərinə görə, 15 mart 2022-ci il tarixli razılaşmaya əsasən, Fransa dövləti 2027-ci ilə qədər breton dilini öyrənən tələbələrin sayını 19 mindən 30 minə çatdırmağı və müəllim hazırlığı üçün resursları səfərbər etməyi öhdəsinə götürüb.

"Bretan assosiasiyaları Fransa dövlətindən vədlərinə əməl etməyi xahiş edir. Fransa Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasını hələ imzalamayıb. Fransa Avropa Şurasının Regional Azlıqların Dilləri haqqında Xartiyasını hələ də ratifikasiya etməyib", - o fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi