Əmirulla Saleh: “Taliban” Pəncşirə gələn humanitar yardımları əngəlləyib”

Əmirulla Saleh: “Taliban” Pəncşirə gələn humanitar yardımları əngəlləyib” “Taliban” Pəncşirə gələn humanitar yardımları əngəlləyib”.
Digər ölkələr
3 Sentyabr , 2021 16:36
Əmirulla Saleh: “Taliban” Pəncşirə gələn humanitar yardımları əngəlləyib”
Əmirulla Saleh
0 : 00
0 : 00

“Taliban” Pəncşirə gələn humanitar yardımları əngəlləyib”.

“Report” xəbər verir ki, bunu Pəncşirdəki müqavimət qüvvələrinin liderlərindən biri, Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh tviter səhifəsində yazıb.

“Taliban” Pəncşirə gələn humanitar yardımları əngəlləyib. Əsgərlik yaşına çatmış pəncşirli oğlanları mina tarlasını təmizləmək üçün istifadə edir. Telefon xətləri, elektrik enerjisi, tibbi vasitələr kəsilib. İnsanlar sadəcə az miqdarda nağd pul daşıya bilərlər. Biz isə ötən 23 il ərzində “Taliban”ın xəstəxanaya əlçatanlığının qarşısını almamışıq. Onlar müharibə cinayətləri törədirlər. BMT və dünya liderlərini bu cinayətləri və terror fəaliyyətini diqqətə almağa çağırırıq”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi