Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana yola düşüb

Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana yola düşüb Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk edərək Tacikistana yola düşüb.
Digər ölkələr
3 Sentyabr , 2021 19:24
Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana yola düşüb
Əmirulla Saleh

Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk edərək Tacikistana yola düşüb.

"Report" xəbər verir ki, bu barədə Kabildəki mənbə cümə günü TASS-a telefonla bildirib.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra özünü müvəqqəti prezident elan edən Saleh "Taliban"a tabe olmayan şimaldakı Pəncşir əyalətinə sığınmışdı.

Hazırda Pəncşirdə vəziyyət olduqca çətindir. "Taliban" bölgəni dörd tərəfdən mühasirəyə alaraq əyalətin internetə və elektrikə çıxışını əngəlləyib.

Son xəbərlər

Orphus sistemi