Əli Əhməd Faysal: Müstəqil Fələstin dövlətinin yaradılmasında israrlıyıq

Əli Əhməd Faysal: Müstəqil Fələstin dövlətinin yaradılmasında israrlıyıq Fələstin Milli Şurasının sədr müavini Əli Əhməd Faysal xalqının müharibədən əziyyət çəkdiyini, müstəqil dövlətin yaradılmasında fələstinlilərin israrlı olduğunu bəyan edib.
Digər ölkələr
22 Fevral , 2024 12:15
Əli Əhməd Faysal: Müstəqil Fələstin dövlətinin yaradılmasında israrlıyıq

Fələstin Milli Şurasının sədr müavini Əli Əhməd Faysal xalqının müharibədən əziyyət çəkdiyini, müstəqil dövlətin yaradılmasında fələstinlilərin israrlı olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Əli Əhməd Faysal fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fələstin müharibədən əziyyət çəkir: "30 mindən çox insan ölüb, 70 mindən çox yaralımız var".

Sədr müavini əlavə edib ki, Fələstin dövlətinin yaradılması və qaçqınların geri qaytarılması məsələsində israrlıdırlar: "Bayden özü məsələnin Amerika siyasəti altında həll ediləcəyini desə də, bu, mümkün görünmür. APA-ya üzv ölkələr hər zaman Fələstinin yanındadır. Bütün dəstəklərə görə təşəkkürümüzü bildiririk".

Son xəbərlər

Orphus sistemi