Əlcəzairdə Ramazan ayının ilk 10 günündə yol qəzalarında azı 74 nəfər ölüb

Əlcəzairdə Ramazan ayının ilk 10 günündə yol qəzalarında azı 74 nəfər ölüb Ramazan ayının ilk 10 günündə Əlcəzairdə yol qəzalarında azı 74 nəfər ölüb, 246 nəfər yaralanıb.
Digər ölkələr
21 Mart , 2024 21:30
Əlcəzairdə Ramazan ayının ilk 10 günündə yol qəzalarında azı 74 nəfər ölüb

Ramazan ayının ilk 10 günündə Əlcəzairdə yol qəzalarında azı 74 nəfər ölüb, 246 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Algeria Press Service” agentliyi məlumat yayıb.

Belə ki, on gün ərzində 176 qəza baş verib ki, bunun da əsas səbəbi yol hərəkəti qaydalarına riayət edilməməsi, o cümlədən sürət həddinin aşılması və sürücülərin diqqətsizliyi olub.

Ən çox qəza Əlcəzair əyalətində baş verib. Səlahiyyətlilər vətəndaşları yol hərəkəti qaydalarına riayət etməyə, xüsusən də iftardan sonra və sahurdan əvvəl daha diqqətli olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi