Əlcəzair müxalifəti Prezidentin istefasını tələb edir

Əlcəzair müxalifəti Prezidentin istefasını tələb edir Bakı. 7 mart. REPORT.AZ/ Əlcəzairdə müxalifət qüvvələri Prezident Əbdüləziz Buteflikanın istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edir.
Digər ölkələr
7 Mart , 2019 20:44
Əlcəzair müxalifəti Prezidentin istefasını tələb edir

Bakı. 7 mart. REPORT.AZ/ Əlcəzairdə müxalifət qüvvələri Prezident Əbdüləziz Buteflikanın istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edir.

“Report” “Al Arabiyya”ya istinadən xəbər verir ki, 82 yaşlı Ə.Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən sonra müxtəlif partiya və təşkilatlar arasında müzakirələr keçirilib.

Belə ki, bundan əvvəl hazırkı prezidentin ardıcıl beşinci dəfə namizədliyini irəli sürməsini qanunsuz hesab edən bir qrup hüquqşünas etiraz ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, aprelin 18-də keçiriləcək prezident seçkilərində 20 ildir ölkəni idarə edən Ə.Buteflikanın namizəd olması paytaxt Əlcəzairdə geniş etiraz aksiyalarına səbəb olub.

Son xəbərlər

Orphus sistemi