Bakı. 17 dekabr. REPORT.AZ/ Əlcəzairin prezidenti Əbdüləziz Buteflika Fransada xəstəxanaya yerləşdirilib.
"Report" bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.
Əlcəzairdə çıxan "əl-Vətən" qəzeti yazır ki, 77 yaşlı Buteflika müalicə olunmaq üçün Parisdəki Val-de- Qarse hərbi xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, o, bir ay öncə Fransanın Qrenoble şəhərindəki xəstəxanada 3 gün müalicə olunmuşdu.