Bakı. 27 iyul. REPORT.AZ/ Əlcəzair Milli Xalq Ordusunun bölmələri tərəfindən ölkənin şimal Tizi-Uzu və Bedjaya əyalətlərində terrorçuların avadanlıqlarla təchiz edilmiş 24 sığınacağı məhv edilib.
"Report"un məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.
"Terrorizmlə mübarizədə Milli Xalq Ordusunun bölmələri tərəfindən Tizi-Uzu və Bedjaya əyalətlərində terrorçuların mövqeləri müəyyən olunub və 24 sığınacaq məhv edilib" – deyə nazirliyin yaydığı məlumatda bildirilir.