Əlcəzair azadlığının 66-cı ilini qeyd edib

Əlcəzair azadlığının 66-cı ilini qeyd edib 1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.
Digər ölkələr
1 Noyabr , 2020 00:43
Əlcəzair azadlığının 66-cı ilini qeyd edib

1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.

Report xəbər verir ki, Fransanın Əlcəzair torpaqlarına daxil olduğu ilk gündən Əlcəzair xaqı müstəqillik uğrunda mübarizəyə başlayıb. 132 illik müstəmləkə dövrü ərzində, 1830-cu ildən 1916-cı ilədək Əlcəzairdə 73 dəfə üsyan baş verib. Silahlı mübarizə dövründən sonra 1916-cı ildən 1954-cü ilə qədər siyasi-mədəni mübarizə başladı. Bu mübarizə isə 1954-cü il Noyabr İnqilabı ilə nəticələnib.

1 Noyabr 1954-cü ildə alovlanan və 8 il davam edən bu böyük inqilab dövründə Əlcəzair 1.5 milyondan çox şəhid verib. 1 Noyabr 1954-cü il İnqilabının hazırlanma dövrünə geri dönsək, görərik ki, 1830-cu ildə Fransanın Əlcəzair torpaqlarına daxil olmasından bəri Əlcəzair xalqı təslim olmamışdı. Əlcəzair xalqı öz ərazisində Fransız müstəmləkəçiliyinə qarşı şiddətli mübarizə aparmışdı. Əlcəzairin bu azadlıq mübarizəsində savaşmış Emir Abdel Kader, Ahmed Bey, Baçaga Mokrani, Ouled Sid Eçix, Şeyx Amoud və sairə kimi böyük şəxsiyyətlərin adlarını sadalamaq olar. Emir Abdel Kader dövlət xadimi, böyük hərbi lider, görkəmli şair, filosof və böyük humanist idi. İkinci böyük şəxsiyyət isə 1830-cu ildən 1837-ci ilə qədər Fransaya qarşı baş qaldıran Ahmed Bey olub.

Bu üsyanlar zamanı müstəmləkə işğalçıları Əlcəzairdə "yandırılmış torpaq" siyasəti həyata keçiriblər. Bu siyasət nəticəsində Əlcəzair əhalisi qətlə yetirilib, torpaqları yandırılıb və hətta ev heyvanları da öldürülüb.

Birinci Dünya müharibəsi dövründə, daha dəqiq 1916-cı ildə Əmir Abdel Kaderin nəvəsi Əmir Xaled Əlcəzairdə siyasi mübarizəyə başladı. Əmr Xaled əhali arasında maarifləndirmə aparan və Əlcəzairin müstəqilliyini bərpa etmək üçün təşəbbüs irəli sürən şəxsdir. Fransız hökuməti 1922-ci ildən ona Əlcəzairdə yaşamağa qadağan etdi. O, siyasi mübarizəsini Fransada davam etdirdi. Əmir Xaled, Fransada müqavimət quruluşunun qurucusu olacaqdı. Təəssüf ki, çox gənc yaşda həyatını itirdi lakin onun davamçıları Messali El Hadjın rəhbərliyi altında 1924-cü ildə "Şimali Afrika Ulduzları"nı yaradaraq siyasi mübarizəsini davam etdirdilər.

İşğalçılar Əlcəzairdə seqreqasiya siyasəti yürüdürdülər. Əlcəzairlər ikinci sinif təbəqə hesab edilirdi. Ərəb dilində təhsil qadağan edilmişdi, fransızlaşdırma siyasəti həyata keçirildi. 1924-1954-cü illər müqavimət hərəkatının siyasi mübarizəsi dövrü hesab edilir. 1936-cı ildə Əlcəzairin müstəqilliyini iddia edən Messali El Hadj tərəfindən "Əlcəzair Xalq Partiyası" quruldu.

İkinci Dünya müharibəsi başlayanda, Fransız hökuməti Əlcəzairin millətçi hərəkatının rəhbərlərinə söz vermişdi ki, əgər əlcəzairli gənclər müttəfiqlərin sıralarına qoşulmağa, nasist qoşunlarına və faşistlərə qarşı mübarizə aparmağa razı olsalar və müharibədə qalib gəlsələr, Əlcəzair müstəqilliyinə qovuşa bilər. Beləliklə, Almaniyanı məğlub edənlər arasında 500 000-dən çox əlcəzairli iştirak etmişdi.

Ancaq müharibədən sonra Fransa əlcəzairliləri tarixdə unudulmaz iz buraxan qırğınlara layiq gördü. Dünya müharibəsi başa çatdqıdan bir neçə gün sonra Setif, Guelma və Xrrata şəhərlərində 45 mindən çox insan qətlə yetirildi. Bununla müstəmləkəçilərin hər dəfə yalan danışdığı məlum oldu.

Bundan sonra, PPA liderləri hərbi müqavimətdə ittiham olunan bir qanad yaratmağı qərara aldılar. Gizli Təşkilat 1949-cu ildə yaradıldı. Onun ilk prezidenti Ahmed Ben Bella (Əlcəzair Respublikasının ilk seçilmiş prezidenti olacaq) olub.

FLN (Milli Qurtuluş Cəbhəsi) 1954-cü ildə yaradıldı və əsasən müstəmləkəçilərlə danışıqlar aparmaq istəməyən PPA-nın gənclərindən ibarət idi. Fransada yaşayan əlcəzairlilər də bu müqavimət təşkilatına qoşuldular. Əlcəzair inqlabı 1 Noyabr 1954-cü ildə başladı. Həmin vaxt Əlcəzairdəki siyasi partiyaların bütün üzvləri mövqelərindən asılı olmayaraq, bu müqavimət hərəkatına qatılmağa dəvət edildi.

Qeyd etmək lazımdır ki, bu dövrdə Fransa imperiyasının 30-dan çox müstəmləkəsi var idi. 1956-cı ildə Əlcəzairdə döyüş başladığı dövrdə Fransız hökuməti Tunis və Mərakeşə müstəqillik verərək, fikrini tam olaraq Əlcəzairə ayırdı. 1960-cı ildə Fransa 14-dən çox Afrika ölkəsinə müstəqillik verdi.

Qeyd edək ki, noyabrın 1-də Əlcəzairdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək və Bakıda yaşayan Əlcəzair icmasının üzvlərinin də bu referendumda iştirakının təmin edilməsi üçün səsvermə məntəqəsi yaradılacaq.

İcma üzvləri oktyabrın 31 və noyabrın 1-də səfirliyə gələrək səs verə bilərlər.

Son xəbərlər

Orphus sistemi