Yuxarı
    Bağlamaq

    ​"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib

    Charlie Hebdonun təxribat xarakterli nəşrlərinin davam etdirilməsi yalnız nifrət oyadacaq

    Bakı. 14 yanvar. REPORT.AZ/ Qahirədə yerləşən mühüm İslam universiteti "Əl-Əzhar" Fransanın həftəlik "Charlie Hebdo" jurnalının səhifələrində antiislam karikaturaları dərcinin davam etdirilməsini pisləyib.

    "Report" "Franc-Press"ə istinadən xəbər verir ki, universitet nümayəndələrinin fikrincə, karikaturalar "xalqların dinc yaşamasına xidmət etmir və müsəlmanların Avropa və Qərb cəmiyyətinə inteqrasiyasına mane olur".

    Qeyd olunub ki, "Charlie Hebdo"nun təxribat xarakterli nəşrlərinin davam etdirilməsi yalnız "nifrət oyatmaqda" davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi