Ekvadorun sabiq prezidentinin yeni partiyası qeydiyyata alınmayıb

Ekvadorun sabiq prezidentinin yeni partiyası qeydiyyata alınmayıb Bakı. 18 yanvar. REPORT.AZ/ Ekvadorun Milli Seçki Şurası sabiq prezident Rafael Korreanın yeni partiyasını qeydiyyata almaqdan imtina edib.
Digər ölkələr
18 Yanvar , 2018 06:41
Ekvadorun sabiq prezidentinin yeni partiyası qeydiyyata alınmayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Ekvadorun Milli Seçki Şurası sabiq prezident Rafael Korreanın yeni partiyasını qeydiyyata almaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Globovision” telekanalı məlumat yayıb.

Milli Seçki Şurası guya qanun pozuntuları və qeydiyyat üçün prosedur tələblərinin yerinə yetirilməməsini əsas gətirib.

Partiya "Vətəndaş İnqilabı" adlanmalı idi. Amma bu şüar başqa siyasi təşkilatda - 2006-cı ildə əsasını qoyulmuş "PAİS İttifaqı”nda istifadə olunur.

Korrea çərşənbə axşamı varisi, dövlət başçısı Moreno Leninin hərəkətlərilə razılaşmaması əlaməti kimi hakim partiyadan çıxması haqqında bəyanat yayıb. 

Son xəbərlər

Orphus sistemi