Ekvadorun hazırkı prezidenti dövlət başçısı seçkilərində liderlik edir

Ekvadorun hazırkı prezidenti dövlət başçısı seçkilərində liderlik edir Ekvadorun hazırkı prezidenti Daniel Noboa dövlət başçısı seçkilərində liderlik edir və birinci turda qalib gələ bilər.
Digər ölkələr
10 fevral 2025 00:17
Ekvadorun hazırkı prezidenti dövlət başçısı seçkilərində liderlik edir

Ekvadorun hazırkı prezidenti Daniel Noboa dövlət başçısı seçkilərində liderlik edir və birinci turda qalib gələ bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Teleamazonas” telekanalının dərc etdiyi ekzit-pol nəticələrindən məlum olub.

Bu məlumatlara görə, Noboa seçicilərin 50,12 %-nin, əsas rəqibi Luisa Qonsales isə 42,21 %-nin dəstəyini qazanıb. Qələbə üçün namizəd mütləq səs çoxluğunu və ya ən azı 40 % səs toplamalıdır, lakin bu halda ən yaxın rəqibindən ən azı 10 faiz çox səs almalıdır.

Noboa 2023-cü ilin oktyabrında keçirilən növbədənkənar prezident seçkilərində seçilmişdi. Onun hakimiyyətə gəlişi təhlükəsizlik sahəsində böhranın kəskinləşməsi ilə üst-üstə düşüb. 2024-cü ilin yanvarında dövlət başçısı ölkədə daxili silahlı münaqişənin mövcudluğunu tanıyan fərman imzalayıb və 22 cinayətkar qruplaşmanın zərərsizləşdirilməsi barədə sərəncam verib. Yenidən seçiləcəyi təqdirdə o, təhlükəsizlik sahəsində siyasətini, o cümlədən xüsusilə təhlükəli cinayətkarlar üçün meqahəbsxanaların tikintisini davam etdirəcəyini vəd edir.

Son xəbərlər

Orphus sistemi