Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb, onlarla insan itkin düşüb
Digər ölkələr
- 29 aprel, 2023
- 00:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın sonunda Ekvadorun mərkəzindəki Alausi şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində azı 50 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “TeleSUR” telekanalı ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanların meyitlərinin axtarışı davam edir.
Daha 38 nəfərin itkin düşdüyü bildirilir. Hazırda azı 57 ev dağıntılar altındadır.
Hadisə martın 27-nə keçən gecə baş verib. Təbii fəlakət zonasında ümumilikdə 500-dən çox insan olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zədələndiyini təxmin edib.
Fevral ayında ölkənin Fövqəladə Hallar İdarəsi Alausi bölgəsində süxurların yerdəyişməsi və yerdəyişməsi riskinin olduğu barədə xəbərdarlıq etmişdi.
Son xəbərlər
13:34
Azərbaycan Prezidenti: Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə etmək olar
Daxili siyasət
13:33
Prezident: Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır
Xarici siyasət
13:32
İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır
Xarici siyasət
13:30
Pakistan ordusu Əfqanıstanla sərhəd yaxınlığında 22 yaraqlını zərərsizləşdirib
Digər ölkələr
13:30
Prezident: Azərbaycan ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır
Xarici siyasət
13:29
İlham Əliyev: Ötən il Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub
Xarici siyasət
13:28
Rauf Cabbarov: "Kibertəhlükəsizlik sahəsində səmərəli daxili tərəfdaşlıq qurmaq önəmlidir"
İKT
13:27
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Xarici siyasət
13:25
Foto
"Bum" sərhəd komendantlığı xidməti istifadəyə verilib
Hərbi