Ekvadorda qalmaqallı həbsxanada daha yeddi məhbusun meyiti aşkarlanıb

Ekvadorda qalmaqallı həbsxanada daha yeddi məhbusun meyiti aşkarlanıb Bir neçə gün əvvəl dörd məhkumun cəsədinin tapıldığı Ekvador həbsxanasında daha yeddi məhbusun asılı vəziyyətdə meyiti aşkarlanıb.
Digər ölkələr
24 Oktyabr , 2021 01:10
Ekvadorda qalmaqallı həbsxanada daha yeddi məhbusun meyiti aşkarlanıb

Bir neçə gün əvvəl dörd məhkumun cəsədinin tapıldığı Ekvador həbsxanasında daha yeddi məhbusun asılı vəziyyətdə meyiti aşkarlanıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Ölkənin Penitensiar Xidməti bildirib ki, məhbusların cansız bədəni Quayas həbsxanasının 10-cu pavilyonunun xüsusi görüş yerində tapılb:

“Xidmət istintaqın aparılması üçün polis və prokurorlara lazım olan bütün köməkliyi göstərir”, - məlumatda deyilir.

Xatırladaq ki, Ekvadorda Quayas əyalətinin həbsxanasında cinayətkar qruplaşmaların üzvləri arasında baş verən atışmada 100 nəfərdən çox şəxs ölümüşdü.

Son xəbərlər

Orphus sistemi