Ekvadorda prezident seçkiləri başa çatdı

Ekvadorda prezident seçkiləri başa çatdı ​​​​​​​Ekvadorda prezident seçkilərinin ikinci turu başa çatıb
Digər ölkələr
12 Aprel , 2021 03:42
Ekvadorda prezident seçkiləri başa çatdı

Ekvadorda prezident seçkilərinin ikinci turu başa çatıb.

Bu barədə “Report” respublikanın Milli Seçki Şurası bildirib.

"Demokratiyanın gücləndirilməsinə və Ekvadorun siyasi həyatında aktiv iştirakınıza verdiyiniz töhfəyə görə təşəkkürlər. Seçki günü bitdi”, - Şuranın tvitterdəki xəbərində bildirilir.

Güman edilir ki, Şura saat 19:00-da (Bakı vaxtı ilə saat 04:00-da) səsvermənin ilkin nəticələrini elan edəcək.

“Cedatos” şirkəti tərəfindən keçirilən “exit poll”un nəticələrinə görə, sabiq bankir, sağ mərkəzçi "KREO Hərəkatı"ndan namizəd Gilyermo Lasso seçkilərin ikinci turunda qalib olub. İlkin məlumata görə, o, 53,24% səs toplayıb. Lassonun rəqibi, sol mərkəzçi "Ümid naminə İttifaq" koalisiyasını təmsil edən Andres Araus 46,76% səs toplayıb.

Daha əvvəl bildirilirdi ki, seçkilərdə qalib gələn şəxs mayın 24-də prezident vəzifəsinin icrasına başlayacaq. Onun vəzifə səlahiyyətinin müddəti dörd ildir.

Ekvadorda prezident seçkilərinin birinci turu fevralın 7-də keçirilib.

Son xəbərlər

Orphus sistemi