Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 126 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, müvafiq məlumatları Ekvadorun Risk və Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli Xidməti özünün tvitterdəki səhifəsində yayıb.
Qeyd edilir ki, ölənlərin sayı 13 nəfərə çatıb. Rəsmilərin məlumatına görə, 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7-si tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ziyan dəyib.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 85 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar ölkənin 24 əyalətindən 13-də hiss olunub.
Ekvadorun cənubunda şənbə günü baş verən 6,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 12 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Hazırda 12 ölüm (El Oro əyalətində 11, Asuay əyalətində isə 1) qeydə alınıb", - mətbuat xidməti tvitterdəki səhifəsində yazıb: "Yaralılar var, onlara xəstəxanalarda tibbi yardım göstərilir".
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə, zəlzələ ocağı 85 km dərinlikdə yerləşib.
Ekvadorda səhər saatlarında baş verən 6,7 maqnitudalı zəlzələ nəticəsində ən azı üç nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.
"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb.
Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Ekvadorda 6,7 maqnitudada zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.
Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin 6,9 maqnitudada olduğunu bildirmişdi.