Yuxarı

​Ekvadorda baş vermiş zəlzələdə ölənlərin sayı 655 nəfərə çatıb

Təbii fəlakət nəticəsində 48 nəfər isə itkin düşüb

Bakı. 25 aprel. REPORT.AZ/Ekvadorda baş vermiş dağıdıcı zəlzələdə ölənlərin sayı 655 nəfərə çatıb. "Report"un məlumatına görə, bu haqda yerli "Universo" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təbii fəlakət nəticəsində zərər çəkmiş 17 min insana tibbi xidmət göstərilib. 

Xilaserdicilər 113 nəfərin həyatını xilas edə biliblər. Təbii fəlakət nəticəsində 48 nəfər isə itkin düşüb.

Aprelin 16-da Pedernales şəhərində baş vermiş zəlzələ 7,8 bal gücündə olub. Bu, 1979-cu  ildən ölkədə baş vermiş ən güclü zəlzələ sayılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi