Ekvador venesuelalılar üçün humanitar dəhliz açıb

Ekvador venesuelalılar üçün humanitar dəhliz açıb Bakı. 25 avqust. REPORT.AZ/ Ekvador hakimiyyəti Venesuela vətəndaşlarının Kolumbiyadan Peruya keçə bilməsi üçün humanitar dəhliz açıb.
Digər ölkələr
25 Avqust , 2018 06:40
Ekvador venesuelalılar üçün humanitar dəhliz açıb

Bakı. 25 avqust. REPORT.AZ/ Ekvador hakimiyyəti Venesuela vətəndaşlarının Kolumbiyadan Peruya keçə bilməsi üçün humanitar dəhliz açıb.

“Report” xəbər verir ki, qaçqınları aparan avtobuslar Peruya Ekvadorun şimalında yerləşən Tulkan şəhərindən yollanır.

Ekvador ümumilikdə Peru ilə sərhədə 36 avtobus göndərəcək.

Hazırda Ekvador və Peru Venesuelaya qarşı miqrasiya siyasətini sərtləşdirir: venesuelalıların bu ölkələrə girişi üçün etibarlı xarici pasport tələb olunur. Əvvəllər isə bunun üçün ID-kart kifayət idi.

Son xəbərlər

Orphus sistemi