Ekvador parlamenti Prezident Lassonun impiçmentini müzakirə edəcək

Ekvador parlamenti Prezident Lassonun impiçmentini müzakirə edəcək Ekvador Milli Assambleyası şənbə sessiyası zamanı Prezident Gilyermo Lassonun impiçmentini müzakirə edəcək.
Digər ölkələr
25 İyun , 2022 08:23
Ekvador parlamenti Prezident Lassonun impiçmentini müzakirə edəcək

Ekvador Milli Assambleyası şənbə sessiyası zamanı Prezident Gilyermo Lassonun impiçmentini müzakirə edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qanunvericilik orqanının plenumu Konstitusiyanın 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq respublikanın Prezidenti Lassonun vəzifədən azad edilməsi ilə bağlı iclas keçirməyi, müzakirə və qərar qəbul etməyi planlaşdırır. Bu, Milli Assambleya üzvlərinin ən azı üçdə birinin səs verməli olduğu petisiya əsasında həyata keçiriləcək.

İmpiçment məsələsi ilə bağlı iclas “Ümid İttifaqı” fraksiyasından olan 47 deputatın müraciətindən sonra parlamentin sədri Virxilio Sakisela tərəfindən çağırılıb. Sessiya yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 03:00-da - red.) başlamalıdır.

Deputatların vəsatəti ölkəni iki həftəyə yaxındır silkələyən ciddi siyasi böhran və kütləvi etiraz aksiyaları ilə bağlıdır. İmpiçment üçün assambleyanın 137 üzvündən 92-nin səsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi