Ekspertlər İŞİD yaraqlılarının İraqda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib

Ekspertlər İŞİD yaraqlılarının İraqda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib Laboratoriya testləri terrorçuların xardal qazından istifadəsini təsdiqləyib
Digər ölkələr
15 Fevral , 2016 18:14
Ekspertlər İŞİD yaraqlılarının İraqda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib

Bakı. 15 fevral. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları İraqda kimyəvi silahdan istifadə edib.

"Report" xəbər verir ki, bu barədə diplomatik mənbələrinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (OPCW) adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, laboratoriya testləri terrorçuların xardal qazından istifadəsini təsdiqləyib.

OPCW adətən zəhərli maddələrdən istifadə edən münaqişə tərəfini açıqlamır, amma bu dəfə diplomat anonimliyinin qorunacağına təminat aldıqdan sonra kimyəvi silahdan İŞİD terror qruplaşmasının yararlandığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi