Yuxarı

​Ekspert: "Yunanıstanı 20 iyul tarixinə qədər defolt təhlükəsi gözləyir"

Yunanıstanın AMB-yə məbləğin geri qaytarılması onun dərhal milli borca çevrilməsinə bərabərdir

Bakı. 6 iyul. REPORT.AZ/ Yunanıstanı 20 iyul tarixinə qədər ödəmədiyi 500 milyard avrodan yuxarı məbləğ həcmində öhdəliklərinə görə defolt gözləyir. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yunanıstanlı iqtisadçı İoannis Tsamurgelis bildirib.

Onun sözlərinə görə, ölkənin qarşılaşdığı defolt təhlükəsi Yunanıstanın BVF-yə, Avropa Sabitlik mexanizmi (ASM) və Avropa Mərkəzi Bankına olan borcla bağlıdır (AMB). "Hökumət elə hesab etdi ki, ölkə BVF-yə tranşı ödəmədiyi halda bankrot olacaq. Bu hadisə avtomatik proseslərin baş verməsinə gətirib çıxarıb. BVF Yunanıstanın əsas kreditoru olan ACM-ə artıq məlumat verib, o isə öz növbəsində qərar qəbul edərək, Yunanıstan hökumətinə bildirib ki, o, borcunu geri almaq üçün lazım bildiyi vaxt onu tələb etmək hüququndan istifadə edəcək", - Tsamurgelis bildirib.

O xatırladıb ki, iyulun 20-nə qədər Yunanıstan Avropa Mərkəzi Bankına 2,5 milyard avroya yaxın vaxtı keçmiş istiqrazlara görə ödəniş etməlidir. Yunanıstanın AMB-yə məbləğin geri qaytarılması onun dərhal milli borca çevrilməsinə bərabərdir və bu hal ümumi borcun həcmini 500 milyard avrodan yuxarı məbləğə gətirib çıxarır", - Tsamurgelis bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi