Ekspert: Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir

Ekspert: Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir.
Digər ölkələr
13 Avqust , 2024 10:50
Ekspert: Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir

Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir.

"Report"un Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan İctimai İnkişaf İnstitutunun ictimai proseslərin öyrənilməsi Mərkəzinin rəhbəri Tasım Rizzat “Sputnik-Qazaxıstan” multimedia mətbuat mərkəzində keçirilən Astana-Moskva-Bişkək-Daşkənd-Düşənbə videokörpüsü zamanı deyib.

O, həmçinin qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin vahid cəbhədən çıxış etməsi həyati əhəmiyyət kəsb edir.

“Lakin bu proses “yumşaq” regionallaşma vasitəsilə baş tutmalıdır və qeyri-dövlət qurumlarının qoşulmasını nəzərdə tutur. Məsələn, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü ərəfəsində region ölkələrinin tarixçilərinin birinci forumu keçirilib”, – Tasım Rizzat bildirib.

O xatırladıb ki, 40 il bundan əvvəl Tacikistanda keçirilmiş tarixçilərin analoji forumu çərçivəsində bir sıra sazişlər imzalanıb ki, bunlardan biri də Mərkəzi Asiya xalqlarının vahid tarix dərsliyinin yaradılması və arxiv materiallara çıxışın təmin edilməsi planlarına aid olub.

"Bu gün isə söhbət ümumi regional identikliyin formalaşmasından gedir", - ekspert əlavə edib.

Onun fikrincə, region ölkələrinin gəncləri arasında əlaqələr gücləndirilməlidir: “Ölkələrimizdə orta yaş həddi 29-dur və onların səyləri birləşməyə yönəldilməlidir. Biz öz vahid media məkanımızı yaratmalıyıq”.

Rusiya-Tacikistan (Slavyan) Universitetinin Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Guzel Maytdinova qazaxıstanlı ekspertin vahid media məkanı yaratmaq ideyasını dəstəkləyir.

“Qonşu ölkələrin həyatı haqqında çox az məlumatlıyıq, amma biz bir-birimizi yenidən tanımalıyıq, çünki gələcəkdə xarici siyasət yürüdəcək və regionun yeni mənzərəsini formalaşdıracaq yeni nəsil yetişib. Bizə Mərkəzi Asiya haqqında müsbət imic lazımdır”, - o qeyd edib.

Xatırladaq ki, bu il avqustun 9-da Astanada Mərkəzi Asiya Dövlət Başçılarının sammiti keçirilib. Tədbirin sonunda bir sıra sənədlər, o cümlədən “Mərkəzi Asiya-2040” Regional Əməkdaşlığın İnkişafı Strategiyası və “XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” müqavilə imzalanıb.

Kulpaş Konırova

Son xəbərlər

Orphus sistemi