Əhməd Muradov: Qazaxıstandakı birlik modeli bütün dünya üçün nümunə oldu

Əhməd Muradov: Qazaxıstandakı birlik modeli bütün dünya üçün nümunə oldu Qazaxıstan Xalq Assambleyası ölkədə milli birliyin, ictimai həmrəyliyin və sabitliyin möhkəmləndirilməsinə əvəzsiz töhfə verib.
Digər ölkələr
24 aprel 2025 11:05
Əhməd Muradov: Qazaxıstandakı birlik modeli bütün dünya üçün nümunə oldu

Qazaxıstan Xalq Assambleyası ölkədə milli birliyin, ictimai həmrəyliyin və sabitliyin möhkəmləndirilməsinə əvəzsiz töhfə verib.

“Report”un müxbirinin verdiyi xəbərə görə, bunu Xalq Assambleyası Şurasının üzvü, Qazaxıstandakı çeçenlər və inquşların “Vaynax” Assosiasiyasının həmsədri Əhməd Muradov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Xalq Assambleyasının birinci və 34-cü sessiyası arasındakı müddət sadəcə zaman kəsiyi deyil, müstəqil Qazaxıstan tarixində bütöv bir dövrdür: "Assambleya birliyin, sabitliyin və inkişafın möhkəm təməlinə çevrilib. Dostluq və həmrəylik bizim həyat tərzimiz, dünyagörüşümüz və əbədi dəyərlərimizdir".

O əlavə edib ki, Qazaxıstanın etnik müxtəlifliyi cəmiyyətin birliyi üçün güclü resursa çevrilib: "Biz bir millət, möhkəm birləşmiş xalq olduq. Qazaxıstan modeli beynəlxalq ictimaiyyət üçün örnəkdir".

Son xəbərlər

Orphus sistemi