Davutoğlu Baydenlə Türkiyə-İraq münasibətlərini müzakirə edib

Davutoğlu Baydenlə Türkiyə-İraq münasibətlərini müzakirə edib Telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub
Digər ölkələr
11 Dekabr , 2015 01:10
Davutoğlu Baydenlə Türkiyə-İraq münasibətlərini müzakirə edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Əhməd Davutoğlu ilə Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, tərəflər terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə mövzusu ilə yanaşı Şimali İraqda baş verən prosesləri müzakirə ediblər. Son günlərdə İraq-Türkiyə münasibətlərində yaşanan gərginlik ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Telefon danışığı ABŞ tərəfinin təklifi ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi