Yuxarı

Əhməd Davudoğlu Strasburqa səfər edib

Baş nazir Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edəcək

Bakı. 19 aprel. REPORT.AZ/Türkiyənin baş naziri Əhməd Davudoğlu Strasburqa səfər edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhməd Davudoğlunun burada Avropa Komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntla, Avropa Şurasının baş katibi Turbern Yaqland və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edəcək.

Baş naziri Strasburq səfərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa işləri üzrə nazir Volkan Bozkır müşayiət edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi