Əhalisi 265 milyon olan ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Əhalisi 265 milyon olan ölkədə koronavirusdan ilk ölüm qeydə alındı İndoneziyada koronavirusa yoluxmuş şəxs ölüb.
Digər ölkələr
11 Mart , 2020 10:29
Əhalisi 265 milyon olan ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

İndoneziyada koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmisi açıqlayıb.

Bildirilir ki, bu, ölkədə koronavirusdan qeydə alınmış ilk ölüm faktıdır.

İndoneziyada koronavirusa 27 nəfər yoluxub. Onlardan 2-si sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 235 çatıb. Bunların 66 578 nəfəri sağalıb, 4 300 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi