"EgyptAir" təyyarəsi partlayış təhlükəsi səbəbindən Özbəkistanda qəza enişi edib - ƏLAVƏ OLUNUB

"EgyptAir" təyyarəsi partlayış təhlükəsi səbəbindən Özbəkistanda qəza enişi edib - ƏLAVƏ OLUNUB Qahirə hava limanının nümayəndələri təyyarədə bombanın olduğu haqqında anonim xəbərdarlıq alıb
Digər ölkələr
8 İyun , 2016 11:11
EgyptAir təyyarəsi partlayış təhlükəsi səbəbindən Özbəkistanda qəza enişi edib - ƏLAVƏ OLUNUB

Bakı. 8 iyun. REPORT.AZ/ Qahirədən Pekinə uçan Misirin "EgyptAir" aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi səbəbindən Özbəkistanda qəza enişi edib.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

Qahirə hava limanının nümayəndələri təyyarədə bombanın olduğu haqqında anonim xəbərdarlıq alıb.

"Uzbekistan airways" aviaşirkətinin mətbuat xidmətinin məlumatına görə, Misir təyyarəsi Urqenç şəhərinin hava limanından uğurlu eniş edib.

Təyyarədə 17 ekipaj üzvü və 118 sərnişin olub.

Hazırda göyərtə təhlükəsiz zonadadır. Ekipaj üzvləri və sərnişinlər təxliyyə olunub.

Müvafiq xidmətlər təyyarədə baxış və yoxlamalar aparır.

Son xəbərlər

Orphus sistemi