"EgyptAir" təyyarəsi partlayış təhlükəsi səbəbindən Özbəkistanda qəza enişi edib - ƏLAVƏ OLUNUB
Digər ölkələr
- 08 iyun, 2016
- 07:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyun. REPORT.AZ/ Qahirədən Pekinə uçan Misirin "EgyptAir" aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi səbəbindən Özbəkistanda qəza enişi edib.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Qahirə hava limanının nümayəndələri təyyarədə bombanın olduğu haqqında anonim xəbərdarlıq alıb.
"Uzbekistan airways" aviaşirkətinin mətbuat xidmətinin məlumatına görə, Misir təyyarəsi Urqenç şəhərinin hava limanından uğurlu eniş edib.
Təyyarədə 17 ekipaj üzvü və 118 sərnişin olub.
Hazırda göyərtə təhlükəsiz zonadadır. Ekipaj üzvləri və sərnişinlər təxliyyə olunub.
Müvafiq xidmətlər təyyarədə baxış və yoxlamalar aparır.
Son xəbərlər
00:47
İran ABŞ-nin avibombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət