Bakı. 10 dekabr. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidməti Egey dənizində rezin qayıq ilə hərəkət edən 34 kişi, 14 qadın və 18 uşağı xilas edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Yunanıstana məxsus dəniz sularında xilas edilən şəxslər suriyalılar olub və onlar ölkənin Xios adasına göndərilib.
Ötən ay Yunanıstana 2 minə yaxın miqrant gəlib. Ümumilikdə isə il ərzində sözügedən ölkə 173 mindən çox qaçqın qəbul edib.