Bakı. 29 fevral. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Fərah şəhərində partlayış törədilib.
"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı dörd uşaq ölüb, ikisi yaralanıb.
Əfqanıstanda son aylarda vəziyyət xeyli pisləşib. Daha əvvəl ölkənin kənd yerlərində böyük bir sahəyə nəzarət edən "Taliban" radikal hərəkatı istiqaməti böyük şəhərlərə dəyişib. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının təsiri də artıb.